UEFA-dan Avro-2024-lə bağlı yenilik

21:55 - 3 May 2024

UEFA Avropa çempionatı üçün dəyişiklik edib.

Sportal.az xəbər verir ki, qurum milli komandaların sifariş ərizəsində oyunçuların sayını artırıb. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Artıq turnirdə iştirak edən komandalar heyətə 26 futbolçu daxil edə biləcək. Qərar Avro-2024-də tətbiq olunacaq. Əvvəl bu rəqəm 23 idi.

Komandalar iyunun 7-dən 23-26 arası futbolçunun adını UEFA-ya təqdim etməlidir.

Qeyd edək ki, bu il Avropa çempionatı Almaniyada baş tutacaq.

Xəbər xətti