Avstriya milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "Leypziq"də çıxış edən Xavyer Şlager sıradan çıxıb.
26 yaşlı yarımmüdafiəçi Bundesliqanın 32-ci turunun "Hoffenhaym"la matçında (1:1) zədələnib. O, 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Təcrübəli oyunçu Avro-2024-də Avstriya millisinə kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi