Danimarkalı müdafiəçi "Milan"ı tərk edəcək

21:29 - 21 May 2024

İtaliyanın "Milan" klubu mövsümün sonunda müqaviləsi bitən Simon Kyaerlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi danimarkalı müdafiəçinin sözləşməsinin müddətini uzatmayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu yayda azad agent statusu ilə klubu tərk edəcək.

Qeyd edək ki, "Milan" Simon Kyaeri 2020-ci ilin yayında "Sevilya"dan transfer edib. Danimarka millisinin üzvü bu mövsüm komandanın heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti