"Milan" futbolçusu üçün 175 milyon avro

14:09 - 23 May 2024

"Milan"ın futbolçusu Rafael Leao karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az xəbər verir ki. "Əl-Hilal" portuqaliyalı vingeri transfer etmək istəyir. Bu barədə "O Jogo" nəşri məlumat yayıb.

Ərəblər 24 yaşlı ön xətt oyunçusunun İtaliya klubu ilə müqaviləsində olan 174 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır. "Əl-Hilal"ın baş məşqçisi Jorje Jezus bu transferin gerçəkləşməsini istəyir.

Qeyd edək ki, "Milan" Rafael Leaonu 2019-cu ilin yayında "Lill"dən transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla sözləşməsi 2028-ci ilin yayına kimidir.

Xəbər xətti