"Ayaks"da 35 yaşlı baş məşqçi - RƏSMİ

14:50 - 24 May 2024

Niderlandın "Ayaks" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisini Françesko Farioli çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı italyan mütəxəssəslə 2027-ci ilin yayına kimi nəzərdə tutulmuş müqavilə imzalanıb.

Qeyd edək ki, Françesko Fariolio son olaraq Fransada "Nitsa"nı çalışdırıb. O, daha əvvəl Türkiyədə "Fatih Karagümrük" və "Alanyaspor"un baş məşqçisi olub.

Xəbər xətti