"Beşiktaş"ın futbolçusu Şotlandiya klubuna keçir

14:21 - 25 May 2024

Şotlandiyanın "Seltik" klubu "Beşiktaş"ın futbolçusunu transfer etmək istəyir. 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, söhbət Daniel Amartidən gedir. "Seltik"in baş məşqçisi Brendon Rocers şəxsən qanalını sərəncamında görmək istəyir.

Artıq tərəflər arasında danışıqlara start verilib. 

"Yurqorden", "Kopenhagen", "Lester"də oynamış Amarti 2023-cü ildə "Beşiktaş"a keçib. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır. 

Xəbər xətti