A seriyasını tərk edən hər üç klubun adı bəlli oldu

11:17 - 27 May 2024

İtaliya A Seriyasında 2023/2024 mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, yüksək liqanı tərk edən komandaların adı bəlli olub.

Belə ki, 38 turdan sonra "Sassuola", "Frozinone" və "Salernitana" A seriyasını tərk edib. 

Bu komandaları "Parma" və "Komo"nun əvəzləyəcəyi dəqiqləşib. Hər iki komanda B seriyasında müvafiq olaraq birinci və ikinci yeri tutaraq A seriyasına yüksəlib.

Üçüncü komandanın adı isə "Venetsiya", "Kremoneze", "Katanzaro", "Palermo", "Sampdoriya", "Breşiya" klubları arasında keçiriləcək pley-off görüşlərindən sonra bəlli olacaq.

Xəbər xətti