"Çelsi" italiyalı məşqçi ilə razılaşdı

18:13 - 27 May 2024

Maurisio Poçettino ilə yollarını ayıran "Çelsi"nin yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, yeni mövsümdə London təmsilçisini hazırda "Lester Siti"nin baş məşqçisi olan Enzo Maresnanın çalışdıracağı gözlənilir. Bu barədə Fabritsio Romano məlumat yayıb.

"Çelsi" italiyalı mütəxəssislə şərtləri razılaşdırıb. Onunla 2+1 illik müqavilə imzalanacaq. "Mavilər" 44 yaşlı məşqçinin klubu ilə təzminatla bağlı müzakirələr aparırı.

Qeyd edək ki, Enzo Mareska 2023-cü ilin yayından "Lester Siti"ni çalışdırır. "Tülkülər" onun rəhbərliyi altında Çempionşipdə mövsümü lider tamamlayaraq Premyer Liqaya yüksəlib.

Xəbər xətti