Gürcü futbolçu üçün 100 milyon avro

19:57 - 28 May 2024

PSJ komandadan ayrılan Kilian Mbappeyə əvəzləyici axtarır.

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin əsas hədəfi "Napoli"də çıxış edən Xviça Kvaratsxeliyadır. Bu barədə italyan jurnalist Canluka Di Martsio məlumat yayıb.

Fransa klubu gürcü vinger üçün 100 milyon avro ödəməyə hazırdır. Klub rəhbərliyi 23 yaşlı futbolçunun transferi üçün səfərbərliyə başlayıb.

Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm "Napoli"nin heyətində meydana çıxdığı 45 rəsmi matçda 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Gürcüstan millisinin üzvünün İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti