Polşa milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, yığmanın hücumçusu Arkadiuş Milik sıradan çıxıb. "Yuventus"un futbolçusu Ukrayna ilə keçirilən yoldaşlıq oyununda (3:1) zədələnib.
30 yaşlı forvard Avropa çempionatında iştirak edə bilməyəcək.
Qeyd edək ki, Polşa seçməsi Avro-2024-ün D qrupunda Niderland, Avstriya və Fransa ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi