"Qalatasaray"ın müdafiəçisi zədələndi: Avro-2024-də oynamayacaq

11:52 - 8 İyun 2024

Danimarka milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, müdafiəçi Viktor Nelsson sıradan çıxıb. "Qalatasaray"ın 25 yaşlı futbolçusu zədə səbəbindən Avro-2024-də iştirak edə bilməyəcək.

Qeyd edək ki, Danimarka yığması Avropa çempionatında C qrupunda İngiltərə, Serbiya və Sloveniya ilə mübarizə aparacaq.

Xəbər xətti