Premyer Liqa klubları "Qəbələ"nin futbolçusunu istəyir

17:21 - 9 İyun 2024

“Qəbələ”nin futbolçusu Rauf Hüseynli yeni mövsümə Premyer Liqanın digər klubunda başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, “Qarabağ”ın da formasını geyinmiş müdafiəçinin xidmətində maraqlı olan komandalar var. Onlardan biri də, ötən mövsüm icarə əsasında formasını geyindiyi “Şamaxı”dır.

Bölgə təmsilçisi Raufu növbəti mövsüm üçün heyətinə cəlb etmək istəyir. Yaxın günlərdə keçidin baş tutub-tutmayacağı bəlli olacaq.

Xəbər xətti