Belçika milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Toma Mönye sıradan çıxıb. "Trabzonspor"un futbolçusu Lüksembura keçirilən yoldaşlıq oyununda (3:0) zədələnib.
Təcrübəli oyunçu yığmanın Avropa çempionatı üçün heyətindən çıxarılıb.
Qeyd edək ki, Belçika seçməsi Avro-2024-ün E qrupunda Ukrayna, Rumıniya və Slovakiya ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi