"Benfika"da oynamış futbolçu Azərbaycan klubuna keçə bilər

10:34 - 11 İyun 2024

"Səbail" heyətinə ukraynalı futbolçu cəlb edə bilər.

Sportal.az saytına verilən məlumata görə, paytaxt klubu Portuqaliyanın "Lusitaniya" klubunda çıxış edən Dmitro Litvinlə maraqlanır.

27 yaşlı futbolçunun özünün də Azərbaycanda oynamaq istədiyi iddia olunur.

O, karyerası ərzində "Aveş", "Fafe", "Benfika" B, "Zarya"(Luqansk), "Olimpik"(Donetsk), "Akron"(Tolyatti), "SKA-Xabarovsk", "Klaksvik" klublarında oynayıb.

Litvinin "Səbail"ə keçidinin bu yay baş tuta biləcəyi gözlənilir.

Xəbər xətti