Niderland millisinin daha bir futbolçusu Avro-2024-də iştirak etməyəcək

16:30 - 11 İyun 2024

Niderland milli komandasının heyətində növbəti ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Tyon Kommeyners sıradan çıxıb. Bu barədə Niderland Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Atalanta"nın futbolçusu zədə səbəbindən Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcək.

Qeyd edək ki, Niderland millisi Avro-2024-ün D qrupunda Fransa, Avstriya və Polşa ilə mübarizə aparacaq.

Xəbər xətti