Türkiyəli "Borussiya"nın baş məşqçisi təyin edildi

20:47 - 14 İyun 2024

Türkiyə millisinin sabiq futbolçusu Nuri Şahin Almaniyanın "Borussiya" (Dortmund) klubuna baş məşqçi təyin edilib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssis Edin Terziçi əvəzləyib.

Türkiyəli məşqçi 2027-ci ilə qədər Dortmund klubuna rəhbərlik edəcək.

Şahin bundan əvvəl "Borussiya"da Terziçin köməkçisi kimi işləyib.

Xəbər xətti