Türkiyənin AVRO-2024-dəki ilk oyununun hakim təyinatları açıqlandı

09:18 - 17 İyun 2024

Türkiyə millisi AVRO-2024-ün qrup mərhələsinin birinci turunda Gürcüstanla qarşılaşacaq.

Sportal.az xəbər verir ki, matçı idarə edəcək hakimlər briqadası açıqlanıb.

Oyuna Argentinadan olan hakimlər briqadası təyinat alıb.

Baş hakim Fakundo Tellodur, ona yan xətt hakimləri Qabriel Çade və Esekyel Braylovski kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə litvalı Donatas Rumsas yerinə yetirəcək.

VAR-a ispaniyalı Alexandro Hernandes nəzarət edəcək.

Qeyd edəki ki, Türkiyə - Gürcüstan görüşü iyunun 18-də keçiriləcək və matça Bakı vaxtı ilə 20:00-da start veriləcək.

Xəbər xətti