"Çelsi" hücumçusu ilə yeni müqavilə imzaladı

15:55 - 17 İyun 2024

İngiltərənin "Çelsi" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, London təmsilçisi Triki Corcun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı vinger 2027-ci ilin yayına kimi Premyer Liqa klubuna məxsus olacaq.

Qeyd edək ki, Triki Corc "Çelsi"nin yetirməsidir. İngiltərə U-19 milli komandasının üzvü paytaxt təmsilçisinin əsas komandasının heyətində meydana çıxmayıb.

Xəbər xətti