"Real" Almaniyadan gətirdiyi futbolçuya yeni müqavilə təklif etdi

20:49 - 17 İyun 2024

"Real" Daniel Karvahalla müqavilə müddətini artırmaq niyyətindədir.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, "kral klubu" artıq bununla bağlı ispaniyalı müdafiəçiyə təklif də göndərib.

Yaxın günlərdə futbolçunun meneceri ilə klub rəsmiləri arasında görüş keçiriləcək.

"Real" təcrübəli futbolçudan razı qaldığı üçün ona yeni müqavilə təklif edib.

32 yaşlı Karvahalın klubla hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.

İspaniya millisinin üzvü 2013-cü ildə "Bayer"dən "Real"a keçmişdi.

Xəbər xətti