Xorvatiya milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "damalılar"ın futbolçusu Nikola Vlaşiç sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
"Torino"nun vingeri zədələnib. 26 yaşlı on xətt oyunçusu üçün Avro-2024 erkən başa çatıb.
Qeyd edək ki, Xorvatiya millisi Avropa çempionatında keçirdiyi ilk oyunda İspaniya yığmasına 0:3 hesabı ilə məğlub olub. Onların qrupda digər rəqibləri İtaliya və Albaniya seçmələridir.
saytlarin hazirlanmasi