Millinin futbolçusu üçün Avropa çempionatı erkən bitdi

19:52 - 18 İyun 2024

Serbiya milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Filip Kostiç sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

31 yaşlı vinger Avro-2024-ün qrup mərhələsinin ilk turunun İngiltərə ilə matçında (0:1) ayağından zədə alıb. "Yuventus"un futbolçusu Avropa çempionatının qalan oyunlarında iştirak etməyəcək.

Qeyd edək ki, Serbiya yığması qrupda İngiltərə ilə yanaşı Sloveniya və Danimarka ilə mübarizə aparır.

Xəbər xətti