Xorvatiya milli komandası Avro-2024-ün qrup mərhələsinin ikinci turu çərçivəsində Albaniya yığması ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, matç 2:2 hesablı bərabərliklə başa çatıb.
Qarşılaşmanın ən yaxşı oyunçusu müəyyənləşib. Xorvatiya seçməsinin hücumçusu Andrey Kramariç görüşün ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Andrey Kramariç matça start heyətində başlayıb və 84-cü dəqiqədə əvəzlənib. 33 yaşlı forvard 74-cü dəqiqəsində komandasının ilk qolunu vurub.
saytlarin hazirlanmasi