"Portuqaliya millisində Ronaldoya güvənmir"

13:49 - 20 İyun 2024

İngiltərə millisinin sabiq futbolçusu Stüart Pirs AVRO-2024-ün qrup mərhələsinin 1-ci turunun Portuqaliya - Çexiya oyunundan (2:1) sonra Kriştiano Ronaldonun həmyerlilərinin oyun zamanı ona güvənmədiyini söyləyib. 

Sportal.az xəbər verir ki, “The Sun”a danışan veteran futbolçu bunu oyunların gedişində hiss olunduğunu bildirib:

"Gülməli görünə bilər, amma komanda yoldaşları Ronaldoya güvənmirlər, etibar etmirlər. Ona görə də, onu topla təmin etməyə də səy göstərmirlər. Ronaldonun ötürmə istədiyi məqamlar var, amma onlar ötürmə vermirlər. Məsələn, Çexiya ilə görüşdə Bernardo Silvanın hadisənin içində olduğu epizod yaşandı. Ronaldo daha yaxşı vəziyyətdə idi və ötürmə tələb edirdi, amma ona məhəl qoymadılar".

Portuqaliya və Çexiya milliləri F qrupunda Gürcüstan və Türkiyə ilə mübarizə aparır. Qrup mərhələsinin 2-ci turunda Portuqaliya Türkiyə ilə, Çexiya isə Gürcüstanla qarşılaşacaq. Həmin matçlar iyunun 22-də baş tutacaq.

62 yaşlı futbol adamı karyerası ərzində "Nyukasl", "Koventri", "Mançester Siti", "Vest Hem" kimi klubların formasını geyinib. O, 1987-1999-cu illərdə isə İngiltərə millisində 78 matça çıxıb, 5 qol vurub.

Xəbər xətti