"Çelsi" 18 yaşlı hücumçu ilə müqavilə imzaladı

14:34 - 20 İyun 2024

"Çelsi"də forvardı ilə yeni müqavilə imzalayıb. 

Sportal.az xəbər verir ki, söhbət London klubunun akademiyasında yetişən Tirik Corcdan gedir.

Belə ki, 18 yaşlı forvardın "zadəganlar"la yeni müqaviləsi 3+1 illikdir.

8 yaşından İngiltərə klubunda futbolla məşğul olan Tirik ötən mövsüm əsas komandanın məşqlərinə cəlb olunmuşdu. Onu icarəyə götürmək istəyənlər olsa da, "Çelsi" forvardın xidmətindən özü istifadə edəcək.

Xəbər xətti