Ukraynalı futbolçu ən yaxşı seçildi

19:40 - 21 İyun 2024

Avro-2024-ün E qrupunun ikinci turu çərçivəsində keçirilən Slovakiya - Ukrayna matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, Ukrayna yığmasının futbolçusu Mikola Şaparenko oyunun ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Ukrayna millisi Slovakiyanı 2:1 hesabı ilə məğlub edib. Şaparenko görüşə start heyətində başlayıb və 90-cı dəqiqədə əvəzlənib. 25 yaşlı dayaq yarımmüdafiəçisi komandasının ilk qolunu vurub.

Xəbər xətti