Portuqaliya milli komandası sabah Avro-2024-ün F qrupunun ikinci turu çərçivəsində Türkiyə ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, yığmanın futbolçusu Rafael Leao matçdan öncə açıqlama verib. 25 yaşlı vinger çətin oyun olacağını bildirib:
"Sabah çətin oyun olacaq. Rəqibimiz çox güclüdür, möhtəşəm oyunçuları var. Onları yaxşı təhlil etmişik, nə edəcəyimizi bilirik. Türkiyə millisinin futbolçuları boşluqları yaxşı dəyərləndirir. Mübarizələrlə dolu bir oyun olacağını düşünürəm".
Qeyd edək ki, Türkiyə - Portuqaliya qarşılaşması sabah Bakı vaxtilə saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi