Niderland milli komandası Avro-2024-ün qrup mərhələsinin ikinci turu çərçivəsində Fransa ilə 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, "narıncılar"ın baş məşqçisi Ronald Kuman matçdan sonra açıqlama verib. 61 yaşlı mütəxəssis nəticədən məmnun qalmadıqlarını bildirib:
"Nəticə bizi məyus etdi. 90 dəqiqəyə baxsaq, bəzi məqamlarda top itkilərinə yol verdik. Bu, heç də yaxşı deyil. İkinci hissədə daha yaxşı ola bilərdik. Qələbə qazanmaq və qol vurmaq üçün oynayırıq. Çox şansımız olmadı, amma Fransanın da bizim kimi nəticədən məmnun olduğunu düşünmürəm".
saytlarin hazirlanmasi