Portuqaliya milli komandası bu gün Avro-2024-ün F qrupunun ikinci turu çərçivəsində Türkiyə seçməsi ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Roberto Martines matçdan öncə açıqlama verib. İspan mütəxəssis rəqibin zəif tərəflərini bildiklərini deyib:
"Türkiyə millisi Hakan Çalhanoğlu kimi təcrübəli oyunçulara sahibdir. Montella yaxşı sistem qurub. Rəqib çox gənc və qaçan komandadır. Gürcüstanla matçda türk azarkeşlərin dəstəyini gördük. Oyunu nəzarətdə saxlamalıyıq. Türkiyə millisi hücum futbolu oynayır, amma müdafiəyə daha çox önəm verirlər. Rəqibin əksikliklərini bilirik".
saytlarin hazirlanmasi