"Bayer" "Barselona"dan 40 milyon avro istəyir

18:43 - 23 İyun 2024

Niderland millisinin və "Bayer"in yarımmüdafiəçisi Ceremi Frimponq yeni sezona İspaniyada başlamağa yaxındır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, niderlandlı futbolçu "Barselona"ya keçməyə hazırlaşır.

Kataloniya klubunun yeni baş məşqçisi Hans-Diter Flik şəxsən Frimponqu sərəncamında görmək istəyir. 

"Bayer" Frimponqun transferi üçün "Barsa"dan 40 milyon avro tələb edir.

23 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümündə 49 matç keçirib, 14 qol vurub və 12 asist edib.

Xəbər xətti