2022/2024 mövsümündə Birinci Liqada, ötən mövsüm isə Əvəzedicilərin Liqasında ən gənc məşqçi kimi fəaliyyət göstərmiş Asif Mirili "Səbail-2"dən ayrılıb. Bu barədə gənc məşqçi özü saytımıza məlumat verib. Sportal.az saytına açıqlama verən Mirili ayrılığın səbəblərindən danışıb. O, paytaxt klubunda qalmamasını klubun büdcəsinin azaldılması ilə əlaqələndirib:
"Əslində, hər şey qaydasında idi. İşlərimiz də normal gedirdi. Hamı ilə münasibətim də yaxşı idi, kiminləsə hansısa problemim yoxdur. Hər zaman da dəstək görmüşəm. Sadəcə ayrılıq qərarım infrastrukturla, xüsusilə də, klubun büdcəsinin azadılması ilə bağlıdır. Belə alındı ki, ayrılıq baş tutdu. Açığı, indi hələ ki, konkret təklifim yoxdur. Amma 1-2 variant var ki, onun üzərində işləyirik".
2022/2023 mövsümündə 15 komandalı çempionatda "Səbail-2"lə 4-cü, ötən mövsüm isə əvəzedicilərin liqasında 7-ci yeri tutmuş Asif Mirili ötən il şəxsi uğura da imza atıb. O, məşqçi kimi A kateqoriyasına yiyələnib. Gənc məşqçi Pro kateqoriyasını da oxumaq niyyətində olduğunu deyib:
"Bəli, şadam ki, gənc yaşda A kateqoriyasına yiyələndim. Əlbəttə ki, məqsədim Pro kateqoriyasını oxumaqdır. Özüm də, daim öyrənməyə çalışıram. Məşqçi kimi hədəflərim böyükdür. Ümidvaram ki, onları həyata keçirməyə nail olacam".
saytlarin hazirlanmasi