Rusiyadakı azərbaycanlı: "Gürcüstan millisi təəccübləndirdi"

12:34 - 28 İyun 2024

Rusiya millisinin, “Spartak” və “Lokomotiv” klublarının da sabiq üzvü Aleksandr Səmədov Gürcüstan millisinin AVRO-2024-ün 1/8 finalında İspaniyaya qalib gəlmək şansları ilə bağlı fikirlərini bölüşüb. 

Sportal.az “Legalbet”ə istinadən xəbər verir ki, Azərbaycanəsilli veteran futbolçu gürcülərin ispanlarla görüşdə də uğurlu çıxış etmək şanslarından danışıb:

"Avropa çempionatı ilə bağlı təəssüratım normaldır. Bu turnirin favoritləri və elit komandaları üçün bir az çətin alınır. Ddigərlərindən fərqlənən ispanlar isə istisnadır. Gürcüstan millisi isə təbii ki, təəccübləndirdi. İlk Avropa çempionatında qrupdan çıxmaq, Portuqaliyanı məğlub etmək çox şeyə dəyər. Gürcüstan millisi təəccübləndirdi. İspaniya ilə matçdakı şanslar? Futbolda hər şey ola bilər, oyunun əvvəlində hesab həmişə 0:0 olur. Amma mənim üçün ispanlar daha balanslı və intizamlı görünürlər. İspaniyanın Gürcüstanı qiymətləndirməməyindən söhbət gedə bilməz".

Xəbər xətti