Avro-2024: İsveçrə 1/4 finalda, İtaliya mübarizəni dayandırdı

21:56 - 29 İyun 2024

Avro-2024-də 1/8 final mərhələsinə start verilib.

Sportal.az xəbər verir ki, bu gün İtaliya və İsveçrə milli komandaları üz-üzə gəlib. Murat Yakının rəhbərlik etdiyi kollektiv rəqibini 2:0 hesabı ilə məğlub edərək növbəti raunda vəsiqə qazanıb. İtaliya yığması isə turnirdə mübarizəni dayandırıb.

İsveçrə millisi 1/4 finalda İngiltərə - Slovakiya cütün qalibi ilə qarşılaşacaq.

Xəbər xətti