İtaliya millisinin qapıçısı Canluici Donnarumma AVRO-2024-ün 1/8 finalında İsveçrə yığmasına məğlubiyyəti (0:2) şərh edib.
Sportal.az UEFA-ya istinadən xəbər verir ki, italiyalı qolkiper son Avropa çempionunun pley-off mərhələsinin ilk oyununda uduzaraq iştirakını dayandırması ilə bağlı bunları deyib:
"Biz günahımızı boynumuza alma, məsuliyyəti öz üzərimizə götürüb üzr istəməliyik. Biz oyuna giriş edə bilmədik, bunu könülsüz etiraf etməli və rəqibin haqqını verməliyik. İsveçrə əla oyun göstərdi. Amma biz daha yaxşı oynamalıydıq".
İsveçrə millisi 1/4 finalda İngiltərə-Slovakiya cütünün qalibi ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi