Almaniyada keçirilən Avropa çempionatında tarixi uğura imza Gürcüstan milli komandası vətənə qayıdıb.
Sportal.az xəbər verir ki, yığmanın futbolçularını gətirən təyyarə səhər saat 5-də Tiflis Beynəlxalq Hava Limanına eniş edib. Millini aeroportda xeyli sayda azarkeş qarşılayıb.
Şəhərin mərkəzi küçələrində gürcü vətəndaşlar bayraqlar və şüarlarla futbolçuları salamlayıb.
Qeyd edək ki, Gürcüstan millisi tarixi ərzində ilk dəfə qatıldığı turnirin qrup mərhələsini 4 xalla 3-cü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıb. Villi Sanyolun rəhbərlik etdiyi kollektiv Avro-2024-ün 1/8 final mərhələsində İspaniyaya 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
saytlarin hazirlanmasi