Səbail” yeni mövsümdə 3 milyon manatlıq büdcə ilə kifayətlənə bilər. Belə ki, “dənizçilər” yalnız dövlət tərəfindən ayrılan yardımın ümidinə qalıb.
Buna səbəb ASCO-nun kluba sponsorluğu dayandırmasıdır. Ötən mövsüm xərclənən 10 milyon manatın qarşılığında Premyer Liqada 7-ci olan “Səbail”in nəticələri himayədarları narazı salıb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev öncə büdcəni azaldaraq kluba cəmi bir milyon manat yardım etməyi nəzərdə tutmuşdu. İndi isə bəlli olur ki, o, ümumiyyətlə klubdan üz döndərib.
ASCO-nun adının tezliklə Bayıl arenasından götürüləcəyi gözlənilir. Vəliyev futbolla olan bütün əlaqələrini qırmaq niyyətinə düşüb.
Futbolinfo.az
saytlarin hazirlanmasi