Avstriya milli komandası Avro-2024-ün 1/8 final mərhələsində Türkiyəyə 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, baş məşqçi Ralf Ranqnik matçdan sonra açıqlama verib. Alman mütəxəssis rəqib qapıçının inamlı oyununu qeyd edərkən Mert Günoku 60-70-ci illərin əfsanəvi ingilis qolkiper Qordon Banksla müqayisə edib:
"Bərabərlik qolunu vurmaq üçün kifayət qədər vaxtımız oldu. Buna çox yaxın idik. Amma Türkiyənin qapısında Qordon Banks var idi. Bu oyundan sonra ölkəmizə qayıdacağımızı düşünmürdüm, yolumuza davam edəcəyimizi düşünürdük. Xəyal qırıqlığı yaşadıq. Bu oyundan dərs çıxarmalıyıq".
saytlarin hazirlanmasi