UEFA Türkiyə millisinin müdafiəçisi Merih Demiralı cəzalandırıb.
Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçuya 2 oyunluq cəza verilib. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Merihin diskvalifikasiya olunmasının səbəbi 1/8 final mərhələsinin Avstriya ilə oyununda (2:1) vurduğu qoldan sonra "bozqurd" işarəsi göstərməsi olub.
Qeyd edək ki, Türkiyə yığması 6 iyul tarixində Avro-2024-ün 1/4 final mərhələsi çərçivəsində Niderlandla üz-üzə gələcək.
saytlarin hazirlanmasi