"Səbail" yeni sezonun hazırlıqları üçün Türkiyəyə uçub.
Sportal.az xəbər verir ki, iyunun 27-də Bakıda bir araya gələn Bayıl təmsilçisi toplanışın ikinci mərhələsi üçün Ərzuruma yollanıb.
"Səbail" Türkiyədə üç yoxlama matçı keçirəcək.
Belə ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv iyulun 11-də "Ərzurumspor", 13-də "Hatayspor"la üz-üzə gələcək. Üçüncü rəqibin kimliyi isə bəlli deyil.
"Dənizçilər"in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.
saytlarin hazirlanmasi