Türkiyə milli komandası Avro-2024-ün 1/4 final mərhələsi çərçivəsində Niderlandla üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, Vinçenso Montellanın rəhbərlik etdiyi kollektiv oyuna ciddi itkilərlə çıxacaq.
Orkun Kökçü və İsmail Yüksek sarı vərəqə cəzalısıdır. Merih Demiral isə Avstriya ilə görüşdə "bozqurd" işarəsi göstərdiyi üçün UEFA ona 2 oyunluq cəza verib.
Qeyd edək ki, Niderland - Türkiyə qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da Berlin Olimpiya Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi