Avro-2024: İspaniya yarımfinalda, Almaniya mübarizəni dayandırdı

22:41 - 5 İyul 2024

Avro-2024-də 1/4 final mərhələsinə start verilib.

Sportal.az xəbər verir ki, bu gün ilk yarımfinalçı müəyyənləşib.

Meydan sahibi Almaniya millisi İspaniya ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda 1 qol vuran Luis de la Fuentenin yetirmələri adını yarımfinala yazdırıb.

İspaniya yığması yarımfinalda Portuqaliya - Fransa cütün qalibi ilə qarşılaşacaq.

Xəbər xətti