Niderland milli komandası Avro-2024-ün 1/4 final mərhələsi çərçivəsində Türkiyə yığması ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "narıncılar"ın müdafiəçisi Denzel Dyumfris matçdan öncə açıqlama verib. "İnter"in futbolçusu topa nəzarət etməli olduqlarını bildirib:
"Türkiyə ilə oyuna xüsusi motivasiya olmağa ehtiyac yoxdur. 1/4 final matçından bəhs edirik. Burada olmaq çox gözəl hissdir. Çətin oyun olacağını bilirik. Yaxşı köklənməli və topa sahib olmalıyıq. Meydana böyük enerji ilə çıxmalıyıq. Rəqibimiz də belə edəcək".
Qeyd edək ki, Niderland - Türkiyə qarşılaşması bu gecə Bakı vaxtilə saat 23:00-da Berlin Olimpiya Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi