Avro-2024: İngiltərə millisi yarımfinalda

22:45 - 6 İyul 2024

Avro-2024-də 1/4 final mərhələsinin oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün İngiltərə və İsveçrə milli komandaları üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb.

Penaltilər seriyasında daha dəqiq olan Qaret Sautqeytin rəhbərlik etdiyi kollektiv yarımfinala vəsiqə qazanıb. İngiltərə yığması bu mərhələdə Niderland - Türkiyə cütün qalibi ilə qarşılaşacaq.

Xəbər xətti