Türkiyə klubundan ayrılan müdafiəçi "Səbail"in düşərgəsində

14:21 - 7 İyul 2024

"Səbail"in heyətini U-21 yığmamızın keçmiş üzvü, Azərbaycan millisinə də cəlb edilmiş Mert Çeliklə gücləndirəcəyi haqda xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, "Başakşehir"dən ayrılan futbolçu artıq Ərzuruma yollanıb.

Mert artıq "Səbail"in düşərgəsinə qoşulub və kollektivlə birlikdə yeni sezonun hazırlıqlarını davam etdirir.

Paytaxt klubu onunla müqavilənin bütün detallarını razılaşdırıb və yaxın günlərdə rəsmi müqavilə haqda açıqlama veriləcəyi gözlənilir.

24 yaşlı futbolçu 2019-cu ildən "Başakşehir"də oynayırdı. O, bu illərdə "Kırşehir Belediyyespor", "Neftçi" və "Bandırmaspor" klublarında icarə əsasında çıxış edib. Futbolçu Türkiyə U-19, U-20 və Azərbaycanın U-21 yığmasının sabiq üzvüdür.

Xəbər xətti