"Səbail" albaniyalı müdafiəçi ilə anlaşdı

20:23 - 7 İyul 2024

Yeni sezonunun transfer çalışmalarını davam etdirən "Səbail" növbəti futbolçunu heyətinə qatıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bayıl təmsilçisi Amir Bilali ilə anlaşıb.

"Dənizçilər" son olaraq Şimali Makedoniyanın "Qostivar" klubunda oynamış müdafiəçi ilə bir illik müqavilə imzalayıb.

Albaniyalı yeni komandasında 44 nömrəli formada çıxış edəcək.

"Səbail" Bilalidən əvvəl Fərid Nəbiyev, Nihat Quliyev və Vüsal Məsimovu komandaya cəlb etmişdi. 

 

Xəbər xətti