İspaniya - Fransa görüşünü idarə edəcək baş hakimin adı açıqlandı

20:48 - 7 İyul 2024

AVRO-2024-ün yarımfinal mərhələsində keçiriləcək İspaniya - Fransa görüşünün hakim təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, qarşılaşmanı Slavko Vinçiç idarə edəcək. Sloveniyalı hakimə həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını isə İvan Kruzliak yerinə yetirəcək. O da Sloveniyadandır.

Xatırladaq ki, İspaniya - Fransa matçı iyulun 9-da keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbər xətti