"Səbail" ukraynalı müdafiəçi transfer etdi - RƏSMİ

16:21 - 8 İyul 2024

“Səbail” PFK heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, “dənizçilər” son klubu Portuqaliya təmsilçisi “Lusitaniya” olan Dmitro Litvinlə 1 illik müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı ukraynalı müdafiəçi "Səbail"də 3 nömrəli formada çıxış edəcək.

Xəbər xətti