Avro-2024: Niderland - İngiltərə matçının hakimləri bəlli oldu

18:39 - 8 İyul 2024

Avro-2024-ün yarımfinal mərhələsinin Niderland - İngiltərə matçının hakimləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Feliks Zvayer olacaq. Ona laynsmanlar Ştefan Lyupp və Marko Axmüller köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Daniel Siebert yerinə yetirəcək.

Qeyd edək ki, Niderland - İngiltərə qarşılaşması 10 iyul tarixində Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Xəbər xətti