"Atletiko" Argentina millisinin üzvü üçün danışıqlara başladı

20:32 - 8 İyul 2024

"Atletiko" heyətini yeni qapıçı ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi PSV-də çıxış edən Valter Benitesi transfer etməyə yaxındır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Atletiko" Argentina millisinin üzvü üçün Eyndhoven klubu ilə danışıqlara başlayıb. La Liqa nəhənginin qısa müddətdə transferi tamamlanacağı bildirilir.

Qeyd edək ki, PSV Valter Benitesi 2022-ci ilin yayında "Nitsa"dan transfer edib. 31 yaşlı qolkiper ötən mövsüm komandanın heyətində 46 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti