"Zirə"nin sabiq müdafiəçisi Nemanya Ancelkoviçin Azərbaycana qayıdışı baş tutmayıb.
Sportal.az xəbər verir ki, adı "Sabah" və "Səbail"lə hallanan serbiyalı futbolçu Rusiyada qalıb.
Ötən mövsümü "Akron"da keçirmiş Ancelkoviç yeni sezon üçün Rusiya Premyer Liqasına qayıdan "Ximki" ilə anlaşıb.
Lakin onunla müqaviləsinin detalları açıqlanmayıb.
Nemanya 2021-2023-cü illərdə "Zirə"nin formasını geyinib.
saytlarin hazirlanmasi