"Səbail" ispaniyalı yarımmüdafiəçi transfer etdi - RƏSMİ

18:10 - 9 İyul 2024

“Səbail” PFK daha bir futbolçunu heyətinə qatıb.

Sportal.az xəbər verir ki, “dənizçilər” son olaraq, Bolqarıstan klubu “Etır”da çıxış etmiş Qorka Laruçça ilə 1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı ispaniyalı dayaq yarımmüdafiəçisi Bayıl təmsilçisinin heyətində 8 nömrəli formada çıxış edəcək.


Xəbər xətti